İranda 6 bal gücündə zəlzələ olub

İranda 6 bal gücündə zəlzələ olub
# 11 dekabr 2017 16:16 (UTC +04:00)

İranın qərbində 6 bal gücündə zəlzələ olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, zəlzələnin episentri bölgənin Ezgele qəsəbəsində yerləşir.

Sözügedən qəsəbə noyabrın 12-də baş verən yeraltı təkanlar zamanı ən çox ziyan çəkən yaşayış məntəqələrindən biridir.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olub. Nəticədə 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR