Səfər Mehdiyev: "Avropa İttifaqına ixrac 5 faiz artıb"

Səfər Mehdiyev: "Avropa İttifaqına ixrac 5 faiz artıb"
# 05 iyun 2018 09:59 (UTC +04:00)

"Bu ilin beş ayının nəticələrinə görə, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dollara yaxınlaşır".

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.

Onun sözlərinə görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 5 ayında Aİ ölkələrindən idxalda 41% artım qeydə alınıb: "Avropa İttifaqına ixrac əməliyyatlarımız 5 faiz artıb. Keçən ilin beş aylıq nəticəsi görə Aİ-yə ixracımız 3 milyard 464 milyon ABŞ dolları təşkil edibsə, bu ilin yanvar-may aylarının nəticələrinə görə bu göstərici 3 milyard 654 milyon dollar olub".

Komitə sədri bildirib ki, Aİ ölkələrindən idxal əməliyyatları keçən il 660 mln. dollar idisə, bu ilin 5 ayında bu göstərici artaraq 936 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR