Ukraynada helikopter televiziya qülləsinə çırpılıb, ölənlər var

Ukraynada helikopter  televiziya qülləsinə çırpılıb, ölənlər var
# 25 yanvar 2018 22:19 (UTC +04:00)

Ukraynanın Kremençuq şəhərində “Mi-8” tipli helikopter televiziya qülləsinə çırpılaraq bir neçə hissəyə bölünüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində helikopterdə olan azı 3 nəfər ölüb. Helikopterin özəl şirkətə məxsus olduğu və təlim uçuşu həyata keçirdiyi bildirilir.

Hadisə yerində güclü yanğın baş verib. Ərazidəki elektrik naqillərin qırıldığı bildirilir. Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər cəlb edilib.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR