FHN Yeni Yasamalda yaşayış binasında yanğın barədə məlumatları təkzib edir

FHN Yeni Yasamalda yaşayış binasında yanğın barədə məlumatları təkzib edir
# 29 mart 2018 11:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olması barədə yayılan məlumatlara münasibət bildirib.

APA-nın məlumatına görə, FHN-in yaydığı xəbərdə bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 10 ünvanında yanğın olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Nazirliyə qeyd olunan ünvanda yanğın olması barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR