“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  yeni törəmə hüquqi şəxsləri yaradılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  yeni törəmə hüquqi şəxsləri yaradılıb
# 03 iyul 2018 22:51 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin(QSC) yeni törəmə hüquqi şəxsləri yaradılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin törəmə hüquqi şəxsləri statusunda “Yaxt Klub” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Dənizçilər poliklinikası” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Dənizçi təmir-tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR