Azərbaycanda müasir toxum istehsalı kompleksi tikilir

Azərbaycanda müasir toxum istehsalı kompleksi tikilir
# 19 sentyabr 2017 15:13 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi kartof və tərəvəz toxumu istehsalı müəssisəsi tikir.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, İsrail təcrübəsinə uyğun müasir kompleks Elmi Tədqiqat Tərəvəzçilik və Kartofçuluq İnstitutunun (ETTKİ) nəzdində fəaliyyət göstərəcək. Kompleks istixana, toxum emalı məntəqəsi, kartof toxumu kulturası laboratoriyası və xəstəlik və zərərvericilərin müayinəsi üçün diaqnostika laboratoriyasından ibarət olacaq.


Hazırda kompleksin laboratoriya və inzibati otaqların yerləşəcəyi binasının tikintisi tamamlanmaq üzrədir.

Bundan başqa, bir başa israilli mütəxəssislərin nəzarəti ilə 6,14 ha ərazidə istixanaların quraşdırılmasına başlanıb. İstixanalarla bərabər 30 ha açıq sahədə müasir damcı ilə suvarma sistemləri quraşdırılacaq.

Nazirlik kompleksdə çalışacaq yerli mütəxəssislərin hazırlığı üçün təlimlər keçirilməsini və yeni işçilərin cəlb olunmasını da nəzərdə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR