Çilidə prezident ikinci turda müəyyənləşəcək - YENİLƏNİB

Çilidə prezident ikinci turda müəyyənləşəcək  - <span style="color: red;">YENİLƏNİB
# 20 noyabr 2017 02:37 (UTC +04:00)

Çilidə keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyən edilməyib.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, səslərin 90 faizinin hesablanmasından sonra sabiq dövlət başçısı Sebastyan Pinyera 36,6%, onun əsas rəqibi, senator Alehandro Qilyer isə 22,6% səs toplayıb.

Ölkə qanunvericiliyinə əsasən prezidentliyə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Seçkilərin ikinci turu dekabrın 17-də keçiriləcək.

***

02:37

Çilidə keçirilən prezident seçkilərində sabiq dövlət başçısı Sebastyan Pinyera liderlik edir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Respublika Seçki Xidmətinin məlumatında bildirilir. Bildirilir ki, 14% seçki məntəqəsinin nəticələri artıq bəllidir.

Sağçı “İrəli Çili!” alyansı tərəfindən namizədliyi irəli sürülən S.Pinyera səslərin 36,51 faizini toplayıb. İkinci yerdə bir neçə sol-mərkəzçi koalisiyanın dəstəklədiyi senator Alexandro Qilyera (22,59%), ücüncü isə “Geniş cəbhə” sol koalisiyasından olan jurnalist Beatris Sançesdir (20,59%).

İlk turda qələbə qazanmaq üçün namizəd azı 50% səs toplamalıdır.

Qeyd edək ki, 67 yaşlı Sebastyan Pinyera 2010-2014-cü illərdə Çilinin prezidenti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR