Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib
# 16 iyul 2015 12:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. İyulun 2-dən 11-dək Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) “Təcrübə elmlə qovuşur” mövzusunda Yay Akademiyası (IACSA) keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünyanın 40-dən artıq dövlətindən 80 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Əmir Ocaqverdiyev təmsil edib.

Tədbirdə bir sıra beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, elm və araşdırma mərkəzlərinin professorları tərəfindən transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr söylənilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR