Gürcüstanda xarici turistləri daşıyan avtobus aşıb, 10 nəfər xəsarət alıb

Gürcüstanda xarici turistləri daşıyan avtobus aşıb, 10 nəfər xəsarət alıb
# 22 avqust 2015 20:46 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın Zuqdidi rayonunda 11 xarici turisti daşıyan mikroavtobus aşıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, mikroavtobus naməlum səbəbdən beton dirəyə çırpılaraq aşıb. Xəsarət alanlar Zuqdidi şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, xəsarət alan turistlərin doqquz ölkənin vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR