İmişlidə baş vermiş avtoqəzada sürücülərdən biri ölüb

İmişlidə baş vermiş avtoqəzada sürücülərdən biri ölüb
# 12 dekabr 2019 22:36 (UTC +04:00)

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektində qeydə alınıb.

İmişli rayonunun Yalavac kənd sakini, 1984-cü il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlunun idarə etdiyi "QAZel" markalı avtomobillə Beyləqan rayonunun Yuxarı Aranlı kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Emin Allahverdi oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə “Juqili”nin sürücüsü dünyasını dəyişib, onun sərnişini - Beyləqan rayonunun Yuxarı Aran kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR