Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olaraq qalır

Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olaraq qalır
# 12 aprel 2017 10:27 (UTC +04:00)

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 137 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 77 ölkəyə məhsul ixrac, 132 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3 mlrd. 287,7 mln. dollar, o cümlədən ixracın dəyəri 2 mlrd. 315,7 mln. dollar, idxalın dəyəri 972 mln. dollar təşkil edib, nəticədə 1 mlrd. 343,7 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 12,9%, o cümlədən ixrac 13,5%, idxal isə 11,8% azalıb.

Ticarət dövriyyəsinin 42,9%-i Avropa İttifaqı ölkələri, 11,2%-i MDB üzvü dövlətləri, 45,9%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 25,6%-i İtaliyaya, 7,5%-i Çinə, 6,8%-i İsrailə, 6,6%-i Tayvana (Çinin əyaləti), 6%-i Portuqaliyaya, 5,6%-i Türkiyəyə, 4,7%-i Almaniyaya, 4,5%-i Fransaya, 4,4%-i İspaniyaya, 4,3%-i Çexiyaya, qalan 24%-zi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,1%-i Rusiyanın, 15,1%-i Türkiyənin, 10,9%-i Çinin, 5%-i Almaniyanın, 4,7%-i ABŞ-ın, hər biri 4% olmaqla İtaliya və Birləşmiş Krallığın, 3,8%-i Ukraynanın, 3,1%-i İranın, 2,5%-i Türkmənistanın, 2,4%-i Braziliyanın, 25,4%-i isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-fevral aylarında 176,2 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-fevral aylarına nisbətən real ifadədə 0,3% çoxdur.

2017-ci ilin yanvar-fevral aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 44,6%, təzə tərəvəz - 2,1 dəfə, meyvə və tərəvəz şirələri - 66,1%, meyvə və tərəvəz konservləri - 3,4%, polietilen - 6,7%, pambıq lifi - 7 dəfə, bentonit gili - 3 dəfə artıb, şəkər ixracı isə 60,2%, bitki yağları - 15,1%, çay - 12,5%, marqarin, qida üçün yararlı digər qarışıqlar - 38,8%, kartof - 69,6%, emal olunmamış alüminium - 22,4%, qara metallardan borular - 15,3%, pambıq ipliyi - 25,3%, qara metallardan yarımfabrikatlar - 88,6% azalıb.

2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 2017-ci ilin yanvar-fevral aylarında xam şəkər və şəkər idxalı 2,8 dəfə, buğda - 52,6%, təzə meyvə - 25,6%, kərə yağı, digər süd yağları və pastaları - 42,2%, çay - 11,3%, mal əti - 44,6%, quş əti və onun əlavə məhsulları - 2,5 dəfə, minik avtomobilləri - 15,6%, polad prokatı - 36,3%, mebel - 45,3%, rezin şinlər - 78,3%, hesablama maşınları, blok və qurğuları - 4,6 dəfə, mineral gübrələr - 4,3 dəfə, qara metallardan künclüklər ­ 26,8%, paltaryuyan maşınlar - 55,8%, yük avtomobilləri - 2,1 dəfə, məişət kondisionerləri - 2,2 dəfə artıb, bitki yağlarının idxalı isə 54,3%, kartof - 31,8%, təzə tərəvəz - 8,4%, qara metallardan borular - 67,2%, qara metallardan çubuqlar - 18%, polietilen - 27,5%, sement və sement klinkerləri - 83,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR