Prezident İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib

Prezident İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib
# 03 avqust 2017 11:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində yerləşən “Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” layihəsi çərçivəsində görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev “ABAD” layihəsi çərçivəsində Balakəndə və digər rayonlarda istehsal edilən məhsullara baxıb.

“ABAD Mərkəz” ilə tanışlıqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR