Bakıda keçirilən konfransda Azərbaycanda fəlakətlərə cavab vermə və risklərin azaldılması siyasətinə dair hesabat təqdim edilib

Bakıda keçirilən konfransda Azərbaycanda fəlakətlərə cavab vermə və risklərin azaldılması siyasətinə dair hesabat təqdim edilib
# 02 oktyabr 2017 10:15 (UTC +04:00)

Bakıda Fövqəladə Hallar Nazirliyi (FHN), Asiya Fəlakətlərin Azaldılması Mərkəzi və Yaponiya Nazirlər Kabinetinin təşkilatçılığı ilə keçirilən "Fəlakətin azaldılması üzrə Asiya Konfransı 2017"-də FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili idarəsinin rəisi Cəlil Quliyev "Azərbaycanda son 10 ildə fəlakətlərə cavab vermə və risklərin azaldılması siyasət" mövzusunda xüsusi hesabatla çıxış edib.

APA-nın məlumatına görə, C. Quliyev 2005-ci ildə yaradılan FHN-nin qarşısında ciddi vəzifələr qoyulduğunu nəzərə çatdırıb. İdarə rəisi deyib ki, hazırda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzi və 9 regional mərkəz fəaliyyət göstərir, xilasedicilər ən müasir texnika və vasitələrlə təmin olunub.

FHN-lə müvafiq nazirlik və qurumlar arasında birgə fəaliyyəti tənzimləyən qarşılıqlı fəaliyyət planlarının hazırlandığını söyləyən C. Quliyev əhalinin maarifləndirilməsi istiqamətində ardıcıl işlər görüldüyünü, "112" qaynar xəttinin fəaliyyət göstərdiyini qeyd edib. Su hövzələrində xilasetmənin səmərəliliyinin artırılması üçün müasir infrastruktur yaradılıb: "Eyni zamanda bu istiqamətlərdə xarici ölkələrin təcrübələri də öyrənilir".

C. Quliyev bildirib ki, FHN-də təyyarə və vertolyotlarla təchiz olunmuş beynəlxalq axtarış-xilasetmə dəstəsi mövcuddur və Rusiya, Türkiyə, İran, Əfqanıstan, Serbiya, Bosniya və Herseqovina və digər ölkələrdə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında bu dəstə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR