Dünya Bankı Azərbaycandakı iqtisadi artımla bağlı proqnozunu dəyişməyib

Dünya Bankı Azərbaycandakı iqtisadi artımla bağlı proqnozunu dəyişməyib
# 11 yanvar 2017 04:20 (UTC +04:00)

Bu il Azərbaycanda iqtisadi artım 1,2% təşkil edəcək.

APA-Economics” xəbər verir ki, barədə Dünya Bankının (DB) “Gloal Economic Prospects” adlı yanvar tədqiqatında deyilir.

Bildirilir ki, iqtisadi artıma səbəb neftin qiymətinin artması və iqtisadi disbalansın azalmasıdır.

Bununla yanaşı, DB qeyd edir ki, neftin qiymətindəki volatillik hələ də iqtisadiyyata əsas risk yaradan amildir.

Qeyd edək ki, DB bundan öncə də 2017-ci ildə Azərbaycanda 1,2%-lik artım proqnozlaşdırıb.

Bankın proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 2,3% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR