BVF Ukraynaya 1 mlrd. dollar həcmində növbəti tranş ayıracaq

BVF Ukraynaya 1 mlrd. dollar həcmində növbəti tranş ayıracaq
# 04 mart 2017 22:54 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri 1 mlrd. dollar həcmində maliyyə yardımının növbəti tranşının ayrılmasına dair Ukrayna hökuməti ilə razılığa gəliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərarın martın ikinci yarısında qəbul ediləcəyi gözlənilir. Bu barədə BVF-in press-relizində bildirilir.

Qeyd edək ki, dördillik maliyyə yardımı proqramı BVF-in Ukraynaya 17,5 mlrd dollar həcmində vəsaitin ayrılmasını nəzərdə tutur.

Ukrayna artıq BVF-dən artıq 7,7 mlrd. dollar məbləğində üç tranş alıb. Sonuncu tranş 2016-cı ilin sentyabrında keçirilib. 2017-ci ildə Ukrayna BVF-dən daha 5,4 mlrd. almaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR