Dövlət başçısı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının tərkibini təsdiqləyib

Dövlət başçısı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının tərkibini təsdiqləyib
# 09 fevral 2017 16:27 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” 2002-ci il 30 iyun tarixli 966 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiya sədrinin müavini

Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Komissiyanın üzvləri:

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi

Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Rəcəb Babaşov - Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Məhərrəm Quliyev - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Tofiq Zeynalov - Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Alı Qocayev - Samux Rayon İcra Hakimiyyətinin başçısı

Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi

Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə isə dəyişikliklər barədə Gürcüstan tərəfinə bildiriş göndərmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR