Hərbi Akademiyada Pakistan nümayəndə heyəti ilə görüş keçirilib

Hərbi Akademiyada Pakistan nümayəndə heyəti ilə görüş keçirilib
# 04 oktyabr 2017 16:34 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış protokola əsasən, Pakistan Milli Müdafiə Universitetinin nümayəndəsi, general-mayor Fayyaz Hüseyn Şahın rəhbərlik etdiyi heyət Bakıda səfərdədir.

MN-dən APA-ya verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi, birgə fəaliyyət sahələrinin müəyyən edilməsi, ikitərəfli əməkdaşlıq və digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR