Rusiya, Türkiyə və İran liderləri Suriyadakı vəziyyəti müzakirə edəcək

Rusiya, Türkiyə və İran liderləri Suriyadakı vəziyyəti müzakirə edəcək
# 02 aprel 2018 15:53 (UTC +04:00)

Aprelin 4-də Türkiyə, Rusiya və İran liderlərinin Ankarada keçiriləcək görüşündə Suriyadakı mövcud vəziyyət qiymətləndiriləcək, atəşkəs rejiminin gücləndirilməsi, dağıdılmış ərazilərdə yaşayışın təmin edilməsi üçün əlavə addımlar nəzərdən keçiriləcək.

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Təbii ki, Suriyada zorakılığın qeydə alındığı bəzi bölgələrdə durum müzakirə ediləcək və qiymətləndiriləcək . Aydındır ki, atəşkəs rejiminin gücləndirilməsi və dağılmış zonaların bərpası üçün əlavə addımlar atılması barədə qərarlar qəbul ediləcək”, - deyə o, əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR