Elmar Məmmədyarov NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Elmar Məmmədyarov  NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
# 30 noyabr 2015 07:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş dekabr 1-2-də NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutacaq. E. Məmmədyarov tədbir çərçivəsində NATO-nun Əfqanıstana dair “Qətiyyətli dəstək” missiyasının xarici işlər nazirlərinin toplantısına qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR