Opera və Balet Teatrında “Qaraca qız” baleti təqdim ediləcək

Opera və Balet Teatrında “Qaraca qız” baleti təqdim ediləcək
# 25 may 2016 13:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Opera və Balet Teatrında 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə “Qaraca qız” baleti təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında Əşrəf Abbasovun bəstələdiyi səhnə əsərinin quruluşçu baletmeysteri əməkdar artisti Samir Səmədov, dirijoru xalq artisti Cavanşir Cəfərovdur.

Əsas rollarda balet truppasının gənc solistləri Cəmilə Kərimova, əməkdar artist Alsu Qimadiyeva, solistlərdən Elmira Süleymanova, Səbinə Məmmədova, Səbinə Abdullayeva, Anar Tahirov, Faiq Qubadov və başqaları çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR