Lənkəranda qatar 63 yaşlı kişini vuraraq öldürüb

Lənkəranda qatar 63 yaşlı kişini vuraraq öldürüb
# 30 noyabr 2015 11:42 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Göyşaban kənd sakini, 1952-ci il təvəllüdlü Akif Şükür oğlu Əliyev dəmir yolu xəttini keçərkən qatar onu vurub.

Sol bazu sümüyünün orta 3/1-nin qapalı sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən A.Əliyevə müvafiq tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR