Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub
# 03 dekabr 2015 16:09 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1979-cu il təvəllüdlü Hikmət Əliyev müxtəlif bədən xəsarətləri alıb.

O, Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. H. Əliyevə dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR