Bakıda Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib

Bakıda Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib
# 16 sentyabr 2015 13:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Nəqliyyat Nazirliyində Beynəlxalq Avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı idarəsinin rəisi Sergey Dubinanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclası giriş sözü ilə açan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının əhəmiyyəti və qarşılıqlı tərəfdaşlığın inkişafından danışıb. Daha sonra beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi, 2016-cı ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının protokolu sabah imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR