"Azərbaycanın musiqi xəzinəsi" kitabı yenidən çap olunub

"Azərbaycanın musiqi xəzinəsi" kitabı yenidən çap olunub
# 09 avqust 2016 13:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Əməkdar incəsənət xadimi, musiqişünas Firidun Şuşinskinin Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilməklə hazırladığı “Azərbaycanın musiqi xəzinəsi” adlı əsəri əvvəlki nəşrlərdən fərqli olaraq təkmilləşdirilmiş şəkildə yenidən geniş oxucu kütləsinə təqdim edilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən APA-ya verilən məlumata görə, kitabdakı yeni materialları toplayan, tərtib edən və “Ön söz”ün müəllifi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Aslan Kənandır.

Əsərdə xalq musiqisi və onun tanınmış nümayəndələri haqqında ilk dəfə ətraflı məlumat verilib.

Kitabda Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Şəkili Ələsgər, Zabul Qasım, Segah İslam, Hüseynqulu Sarabski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski ilə bərabər, adı oxuculara məlum olmayan sənətkarlar haqqında da məlumatlar toplanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR