2015-ci ildə Azərbaycanda 30 tona yaxın yararsız və təhlükə mənbəyi olan ət zərsizləşdirilib

2015-ci ildə Azərbaycanda 30 tona yaxın yararsız və təhlükə mənbəyi olan ət zərsizləşdirilib
# 31 dekabr 2015 01:17 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Cari ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən ölkə ərazisində ümumilikdə 30 tona yaxın yararsız və təhlükə mənbəyi olan ət aşkarlanıb.

Bu barədə məlumatı APA-nın cənub bürosuna DBNX-nin əməkdaşı Eldar Xankişiyev verib.

Onun sözlərinə görə, dekabrın 28-də Lənkəran rayonunun Osakücə kəndinin yaxınlığındakı meşə massivində ölü vəziyyətdə aşkarlanmış 2 baş iri buynuzlu heyvan cəsədindən götürülmüş nümunələrin nəticələri artıq məlum olub. Laboratoriya müayinəsi zamanı həmin heyvanlarda bakterioloji çirklənmə və onların qida məqsədilə istifadəyə yararsız olduğu müəyyənləşdirilib. Heyvanların cəmdəyi DBNX-nin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində xüsusi ayrılmış yerdə torpağa basdırılaraq zərərsizləşdirilib.

Qeyd edək ki, dekabrın 28-də Lənkəran Rayon Baytarlıq İdarəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə reyd keçirilib. Reyd zamanı rayonun Osakücə kəndinin meşə ərazində ölmüş 2 baş heyvan cəmdəyi, reyddən sonra isə daha 1 baş heyvanın cəmdəyi qeyd edilən ərazidə tapılıb. Heyvan cəsədləri Masallı rayonunun Boradigah kənd sakini, özünü qəssab adlandıran Müslüm Əbülfəz oğlu Cəfərov tərəfindən "QAZ -24" markalı, 12 BA 284 dövlət nömrə nişanlı maşında daşınarkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR