Şagird gündəliklərində Dövlət Bayrağı və Dövlət Müstəqilliyi günlərinin yeri səhv göstərilib

Şagird gündəliklərində Dövlət Bayrağı və Dövlət Müstəqilliyi günlərinin yeri səhv göstərilib
# 16 sentyabr 2015 10:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Orta məktəb gündəliklərində 9 Noyabr - Dövlət Bayrağı günü ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib.

APA-nın məlumatına görə, Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub.

Təhsil Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik orta məktəb gündəliklərində 9 Noyabr - Dövlət Bayrağı günü ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi gününün yerlərinin səhv düşməsi ilə bağlı cavabdehlik daşımır.

Nazirlikdən onu da qeyd ediblər ki, bununla əlaqədar olaraq müvafiq araşdırma aparılacaq.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq "Bizim yol" yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR