Rusiyanın ATƏT-dəki səfiri: “Ümid edirik ki, Ermənistan və Azərbaycan həll prinsiplərinə dair konkret dialoqa başlayacaq”

Rusiyanın ATƏT-dəki səfiri: “Ümid edirik ki, Ermənistan və Azərbaycan həll prinsiplərinə dair konkret dialoqa başlayacaq”
# 21 dekabr 2015 12:48 (UTC +04:00)

Bakı – APA. “Rusiya ümid edir ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll prinsiplərinə dair konkret dialoqa başlayacaqlar”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. “Biz hələ də ümid edirik ki, tərəflər münaqişənin həll prinsiplərinə dair konkret dialoqa başlayacaqlar”, - deyə o, söyləyib.

A. Lukaşeviç prezidentlərin son görüşünü həll istiqamətində ciddi irəliləyiş adlandırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR