Sergey Lavrov Ermənistana səfər edəcək

Sergey Lavrov Ermənistana səfər edəcək
# 06 noyabr 2015 14:16 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana işgüzar səfərə gedəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

S. Lavrovun İrəvana səfəri noyabrın 9-da baş tutacaq. Səfər çərçivəsində o, həmkarı Edvard Nalbandyanla görüşəcək. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR