Lavrov: “Rusiya və ABŞ-ın məqsədi İŞİD-in Suriyada hakimiyyəti ələ keçirməsinin qarşısını almaqdır”

Lavrov: “Rusiya və ABŞ-ın məqsədi İŞİD-in Suriyada hakimiyyəti ələ keçirməsinin qarşısını almaqdır”
# 30 oktyabr 2015 23:07 (UTC +04:00)

Bakı-APA. Rusiya və ABŞ-ın birgə məqsədi İŞİD-in Suriyada və hər hansı digər ölkədə hakimiyyəti ələ keçirməsinin qarşısını almaqdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada, Suriya üzrə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Düşmənimiz birdir. Elə etməliyik ki, İŞİD hakimiyyəti ələ keçirə bilməsin. Nə Suriyada və yaxud hansı bir digər ölkədə”, deyə S.Lavrov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR