Hüquq müdafiəçiləri Yasamal rayon Polis İdarəsinin saxlanma yerində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri Yasamal rayon Polis İdarəsinin saxlanma yerində monitorinq keçiriblər
# 02 oktyabr 2015 08:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə APA. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki orada saxlanılan Lalə Mahmudova ilə görüşüb: "Lalə Mahmudova tanışı ilə birlikdə ərini öldürüb daha sonra isə meşədə basdırıb. Törətdiyi əməldən peşmandır. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Özünü günahkar bilir. Lalə Mahmudova tibb işçisi olub və iki oğlu var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR