Erməni silahlı bölmələri atəşkəs rejimini 93 dəfə pozub - VİDEO

Erməni silahlı bölmələri atəşkəs rejimini 93 dəfə pozub - <span style="color: red;">VİDEO
# 20 oktyabr 2015 06:23 (UTC +04:00)

Bakı-APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 93 dəfə pozub.


APA-nın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 98 dəfə atəş zərbəsi endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR