Rusiya Pakistanda qaz kəməri inşa edəcək

Rusiya Pakistanda qaz kəməri inşa edəcək
# 16 oktyabr 2015 08:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiya Pakistanda “Şimal-Cənub” qaz kəmərini inşa edəcək.

APA-Economics”in məlumatına görə, bunu nəzərdə tutan hökumətlərarası sazişi Rusiyanın energetika naziri Aleksandr Novak və Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Hakan Abbasi imzalayıblar.

Hazırda qaz kəmərinin marşrutu və mühəndis layihə işləri üzrə axtarış-kəşfiyyat işləri aparılır.

Qaz kəmərinin uzunluğu 1 100 metr, illik nəqletmə qabiliyyəti isə 12,4 mlrd. kubmetr təşkil edəcək. Kəmər Kəraçi liman şəhəri ilə Lahor şəhəri arasındakı sıxılmış qazın qəbulu üzrə terminalları birləşdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR