İran səfiri: “Digər müsəlman dövlətləri də Səudiyyə Ərəbistanından zəmanət istəməlidir”

İran səfiri: “Digər müsəlman dövlətləri də Səudiyyə Ərəbistanından zəmanət istəməlidir”
# 02 iyun 2016 15:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “İran Həcc ziyarətindən imtina etməyib, xalqımız Həcc ziyarəti arzusundadır”.

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, keçən il baş vermiş hadisə ilə əlaqədar İran Səudiyyə Ərəbistanından zəvvarlarına təhlükəsizlik təminatı istəyib: “Biz 17 təklif vermişdik. Lakin Səudiyyə Ərəbistanı bu təkliflərdən heç birini qəbul etməyib, keçən il baş vermiş faciənin məsuliyyətini üzərinə götürməyib. Zəvvarlarımızın həyatı və təhlükəsizliyi bizim üçün vacibdir, bu üzdən də bu il onların Həcc ziyarətinə göndərilməsinə icazə vermədik. Çalışacağıq ki, bizim kvotamız dəyişməsin və gələn il şərait yaransa, yenidən zəvvarlarımızı Həcc ziyarətinə göndərək”.

Səfirin fikrincə, digər müsəlman dövlətləri də ya zəmanət istəməlidir, ya da zəvvarların saylarını azaltmalıdır: “Təhlillər göstərir ki, əgər vəziyyət belə davam etsə, Səudiyyə Ərəbistanı zəvvarların təhlükəsizliyinə zəmanət verməsə, Məkkə və Mədinəyə gedənlərin sayı azalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR