Bakının mərkəzində qətl törədən Gürcüstan vətəndaşının məhkəməsi başlayıb

Bakının mərkəzində qətl törədən Gürcüstan vətəndaşının məhkəməsi başlayıb
# 28 sentyabr 2015 11:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmən baxış iclası oktyabrın 1-ə təyin edilib.

Qeyd edək ki, yanvarın 6-da "Sahil" bağında Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR