Maroş Şevçoviç: "Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində əsas tərəfdaşımızdır"

Maroş Şevçoviç: "Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində əsas tərəfdaşımızdır"
# 17 may 2016 12:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç Yunanıstanın Soloniki şəhərində Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə M. Şevçoviç "Twitter" sosial şəbəkəsindəki hesabında yazıb.

Avropa Komissiyasının vitse-prezidenti Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov, energetika naziri Natiq Əliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə səhər yeməyi yeyib.

M. Şevçoviç Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində əsas tərəfdaş kimi qələmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR