Milli Məclisdə magistrlərin hərbi xidmətdən azad edilməsi təklif olunub

Milli Məclisdə magistrlərin hərbi xidmətdən azad edilməsi təklif olunub
# 17 may 2016 12:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Son hadisələr göstərdi ki, biz peşəkar ordu ilə Qarabağı azad edəcəyik. Ona görə də gəncləri təhsildən ayıraraq hərbi xidmətə cəlb etməyi yanlış sayıram”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında “Elm haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib. O, təhsildə fasiləsizliyin təmin edilməsi ilə bağlı müddəanın qanun layihəsinə əlavə olunmasını təklif edib.

Qüdrət Həsənquliyev də qeyd edib ki, dövlətin vəzifələrindən biri elmdə fasiləsizlik prinsipinin tətbiqi olmalıdır: “Magistratura və doktoranturaya qəbul arasında gənclərə hərbi möhlət hüququ verilməlidir. Döyüşlərdə istedadlı gənclərin itirilməsi ikiqat itkidir. Magistrlər hərbi xidmətdən azad edilməlidir”.

Q. Həsənquliyev elmlə məşğul olan insanların əmək haqlarının ölkə səviyyəsindən aşağı olduğuna diqqət çəkib: “Gənc alimlərin mənzillə təminatı da imperativ norma kimi qanunvericilik aktlarına əlavə edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR