“Nar” yeni kampaniyaya başlayıb

“Nar” yeni kampaniyaya başlayıb
# 11 fevral 2016 13:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Nar” və “World Telecom” (WT) mağazalar şəbəkəsi yeni kampaniyaya başlayıb.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, mart ayının sonuna kimi WT mağazalarından “Huawei Ascend G526” və ya “Ascend Y220” smartfonunu alan hər kəsə “Nar”dan pulsuz nömrə və 6 ay ərzində hər ay bonus olaraq balans və internet paketi təqdim olunur.

Kampaniya çərçivəsində “World Telecom” dükanlarında “Huawei Ascend G526” və ya “Ascend Y220” smartfonunu ilkin ödənişsiz, nağd qiymətə və 12 ay ərzində hissə-hissə ödəmək şərtilə almaq mümkündür. Sərfəli şərtlərlə yeni smartfon almaq istəyənlər kampaniya barəsindəki ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR