Dohada keçiriləcək görüşə 18 neft hasil edən ölkə qatılacaq

Dohada keçiriləcək görüşə 18 neft hasil edən ölkə qatılacaq
# 17 aprel 2016 10:56 (UTC +04:00)

Bakı-APA. Azərbaycan da daxil olmaqla, neft hasilatının dondurulmasının müzakirə ediləcəyi Dohadakı görüşdə iştirak etmək üçün 18 neft hasil edən ölkənin nümayəndəsi Qətər paytaxtına gəlib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ekvadorun Qətərdəki səfiri Abisaab Neme açıqlayıb.

A. Nemee görüşdə neft hasilatının dondurulması barədə razılaşmanın imzalanacağını təsdiqləyib.

Qeyd edək ki, proqrama əsasən Dohada görüşün saat 8:45-də başlaması nəzərdə tutulsa da, son anda Səudiyyə Ərəbistanının xahişi ilə görüş günün ikinci yarısına təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR