Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov noyabrın 6-da Goranboy rayonunda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Gəncə, Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir və Tovuz rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 12:00-da Goranboy şəhərindəki Heydər Əliyev Mərkəzində başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 3-dən 5-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.