Azərbaycan prezidenti ISESCO-nun baş direktorunu qəbul edib - VİDEO

Azərbaycan prezidenti ISESCO-nun baş direktorunu qəbul edib - <span style="color: red;">VİDEO
# 25 noyabr 2015 12:24 (UTC +04:00)

APA-nın məlumatına görə, ISESCO-nun baş direktoru rəhbərlik etdiyi təşkilatın XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qonaqların Bakı ilə ilk tanışlıqdan valeh olduqlarını vurğulayan Əbdüləziz Osman əl-Tuveycri paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

ISESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan Azərbaycan prezidenti yüksək səviyyəli qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını deyib.

Görüşdə Azərbaycana ISESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR