Bakı metrosunda qatarların birində nasazlıq yaranıb

Bakı metrosunda qatarların birində nasazlıq yaranıb
# 15 fevral 2016 06:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün 09:20 radələrində Bakı metrosunun Dərnəgül - Həzi-Aslanov xətti ilə hərəkət edən qatarlardan birində nasazlıq baş verib. "APA-Economics" xəbər verir ki, bunun nəticəsində qatarın hərəkətində təxminən 20 dəqiqəlik gecikmə müşahidə olunub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "APA-Economics"ə bildirib ki, artıq nasazlıq aradan qaldırılıb: "Elə bir ciddi problem yoxdur. Sadəcə 29 saylı marşrut nasaz olub, "20 yanvar" stansiyasında sərnişinləri boşaldıb və depoya gedib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR