Vəkili Cahangir Hacıyevlə görüşüb

Vəkili Cahangir Hacıyevlə görüşüb
# 05 yanvar 2016 11:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Vəkil Aqil Layıcov bu gün Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə görüşüb.

Bu barədə APA-ya məlumat verən A. Layıcov bildirib ki, C. Hacıyev özünü yaxşı hiss edir: “Hər hansı şikayəti yoxdur. Onunla istintaqın gedişatı ilə bağlı müzakirələr apardıq”.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR