Azərbaycan prezidenti Rusiya baş nazirinin müavini Dmitri Roqozini qəbul edib

Azərbaycan prezidenti Rusiya baş nazirinin müavini Dmitri Roqozini qəbul edib
# 03 mart 2016 13:34 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozini qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Dmitri Roqozin "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Rusiya baş nazirinin müavini Azərbaycan prezidenti ilə fotosunu paylaşaraq, "Dost Azərbaycanın lideri İlham Əliyevlə müsbət danışıqların yekunlarına dair" statusunu yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR