Assosiasiya: Devalvasiya bank sektorunda konsolidasiyanı sürətləndirəcək

Assosiasiya: Devalvasiya bank sektorunda konsolidasiyanı sürətləndirəcək
# 27 dekabr 2015 19:49 (UTC +04:00)

Bakı - APA-Economics. Həm Mərkəzi Bank, həm də Banklar Assosiasiyası daxilində bank sektorunun daha da konsolidasiya olunması müzakirə predmetidir.

Bu barədə "APA-Economics"ə Banklar Assosiasiyasından bildirilib.

"Bundan öncə də bank sektorunda konsolidasiya prosesi baş verib. Bəzi banklar bank olmayan kredit təşkilatlarına transformasiya olunub. Təbii ki, yeni reallıq bu proselərin daha sürətlənməsini tələb edir. Bu mənada banklar arasında belə müzakirələrin aparılması zəruridir. Bank sektorunun oyunçuları da bunu real olaraq anlayırlar. Nəticələr prosesin gedişatına bəlli olacaq", - deyə təşkilatdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR