Sabirabadda avtomobil traktorla toqquşub

Sabirabadda avtomobil traktorla toqquşub
# 01 iyul 2016 07:30 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda avtomobil traktorla toqquşub, iki nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyunun 30-da axşam saatlarında Sabirabad rayonunun Osmanlı kəndi ərazisində rayon sakini, 1960-cı il təvəllüdlü Salahov Əsgər Güləhməd oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 10 PX 121 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən traktora çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - 1958-ci il təvəllüdlü Məmmədov Ramil Kazım oğlu damarın kəsilməsi və 1948-ci il təvəllüdlü Qəhrəmanov Sarı Qəhrəman oğlu bazu sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aprılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR