Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var

Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var
# 29 oktyabr 2015 00:27 (UTC +04:00)

Bakı-APA. Argentinanın Santa-Krus əyalətində milli jandarmeriyaya məxsus təyyarə qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsindəki 2 ekipaj üzvü ölüb.

Hadisənin baş verdiyi ərazidə daha 2 nəfərin xəsarət aldığı bildirilir. Təyyarə yerə düşəndən sonra alışıb yanıb. Alov yaxınlıqdakı ev və avtomobillərə keçib.

Polis hadisə yerini əhatəyə alıb. Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR