Prezident Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsini təsdiqləyib

Prezident Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsini təsdiqləyib
# 10 mart 2016 14:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

"APA-Economics" xəbər verir ki, fərmanla Nazirlər Kabineti prezidentin aktlarının bu sənədə uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir.

Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində ölkə başçısına məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR