Azərbaycan Gürcüstana neft və qaz məhsullarının ixracını artırıb

Azərbaycan Gürcüstana neft və qaz məhsullarının ixracını artırıb
# 21 dekabr 2015 10:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 283 047,5 min dollar dəyərində 1 347 492,8 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,78% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından isə 12,02% artıb.

Bu ilin 11 ayında Gürcüstan Azərbaycandan 129 862,0 min dollar dəyərində 261 379,0 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,08% çoxdur.

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 40,55% azdır.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 57,31%-i yanacaq qazı və digər qazlar, 26,30%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 493 868,2 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 12,73% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR