Rüfət Aslanlı: "Hökumət likvidlik problemi olan banklara yardım edəcək"

Rüfət Aslanlı: "Hökumət likvidlik problemi olan banklara yardım edəcək"
# 10 may 2016 08:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının problemli kreditləri artan və aktivlərinin keyfiyyəti pisləşən banklara münasibətdə ayrıca proqramı var.

"APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

"Banklar qısamüddətli likvidlik problemi ilə üzləşərsə, biz bu situasiyanı göz altına almışıq. Hökumət o banklara likvidliklə bağlı yardım etməyə planlaşdırır. Bilirsiniz ki, "Bank Standard" üzləşdiyi belə bir problemi həll etmək üçün çox təcili qaydada yardım olundu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR