Azərbaycanda tanınmış vəkil Elton Quliyev vəfat edib

Azərbaycanda tanınmış vəkil Elton Quliyev vəfat edib
# 16 dekabr 2015 06:23 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın tanınmış vəkillərindən biri olan Elton Quliyev vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə vəkil Adil İsmayılov “Facebook” səhifəsində yazıb. E. Quliyev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü E. Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.

1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb.

1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR